Ofelya Ələkbərova Eland Education-da artıq 3 ildir ki, çalışır. Ümumi iş təcrübəsi 5 ildən artıqdır. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, İngilis dili müəllimliyi üzrə fərqlənmə ilə bitirmişdir. Böyük Britaniya Və Amerikan ədəbiyyatı üzrə magistr təhsilini Qafqaz Universitetində, indiki adı ilə desək, Bakı Mühəndislik universitetində fərqlənmə ilə tamamlamışdır.

Azərbaycanda İLK olan Amerika Təhsil Departamentinin və ABŞ-ın 10 universiteti tərəfindən akkreditasiya almış Beynəlxalq TEFL diplomuna sahibdir. Bununla yanaşı, Ofelya xanım, İngilis dili öyrətiminin dünya üzrə təsdiqini qazanmış TESOL sertifikatını əldə etmişdir.

Hal-hazırda mərkəzimizdə Pre-TEFL/Pre-TESOL trainer, General English Müəllimi və İcraçı Direktor kimi fəaliyyət göstərir. Qeyd edilən hər üç sahə üzrə Eland Education Tədris Mərkəzinə kifayət qədər mükəmməl töhfələr verərək, mərkəzimizin uğurlarında böyük rolu olmuşdur.

Qeyd edək ki, Ofelya xanım hal-hazırda Beynəlxalq TEFL/TESOL programları üzrə müəllim hazırlığı sahəsində müvəffəqiyyətlərə imza atmaq üzrədir.