Beynəlxalq Sertifikatlı Rus dili müəllimi!

Mərkəzimizin təcrübəli və peşəkar müəllimi Gülnar Raxtarini sizə təqdim edirik:

Gülnar Raxtari Eland Educationda yeni fəaliyyət göstərməsinə baxmayaraq bu sahədə uzun illərin təcrübəsinə sahibdir. Ümumi iş təcrübəsi 10 ildən artıqdır.

Bakalavr təhsilini Bakı Slavyan Universitetində Filologiya (Rus dili və ədəbiyyatı üzrə) bitirmişdir. İkinci əlavə təhsilini isə Azərbaycan Dillər Universitetində İngilis dili üzrə tamamlamışdır. Müəllim, Azərbaycan Təhsil Nazirliyinin təstiqlədiyi Beynəlxalq Sertifikata Malikdir.

Gülnar xanım hal-hazırda mərkəzimizdə Rus dili müəllimi olaraq fəaliyyət göstərir. Qeyd edilən sahə üzrə Eland Tədris Mərkəzinə töhfələr vermiş, mərkəzimizin uğurlarında böyük rolu olmuşdur.

Qeyd edək ki, Gülnar xanım hal-hazırda Rus dili üzrə müəllim hazırlığı və yenilənmiş Rus dili programı üzrə Eland Educationda uğurlara imza atmaq üzrədir.