Eland Education təqdim edir!

Eland Education İngilis dili müəllimləri və ya gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün təcrübə programına start verir!
Təcrübə müddəti 1 aydır və siz bu programa qatıldığınız müddət ərzində:

– İngilis dili öyrətim metodikasına;
– İngilis dilinin ayrı-ayrı bölmələr üzrə inkişaf yollarına;
– Dərs programlarının hazırlanması və keyfiyyətə nəzarət üsullarına;
– Peşəkar kollektivdə işləmək imkanına;
– Pedaqoji sahədə iş təcrübəsinə sahib olacaqsınız.

Program ÖDƏNİŞSİZDİR!

Təcrübə proqramını keçirəcək:
Ofelya Ələkbərova:
Eland Education-da artıq 4 ildir ki, çalışır. Ümumi iş təcrübəsi 6 ildən artıqdır.
Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, İngilis dili müəllimliyi üzrə fərqlənmə ilə bitirmişdir.
Böyük Britaniya Və Amerikan ədəbiyyatı üzrə magistr təhsilini Qafqaz Universitetində, indiki adı ilə desək, Bakı Mühəndislik universitetində fərqlənmə ilə tamamlamışdır.

* Azərbaycanda İLK olan Amerika Təhsil Departamentinin və ABŞ-ın 10 universiteti tərəfindən akkreditasiya almış Beynəlxalq TEFL diplomuna sahibdir.
* İngilis dili öyrətiminin dünya üzrə təsdiqini qazanmış TESOL sertifikatını əldə etmişdir.
* Hal-hazırda mərkəzimizdə Pre-TEFL/Pre-TESOL trainer, General English Müəllimi və İcraçı Direktor kimi fəaliyyət göstərir.

Qeydiyyat üçün: http://bit.ly/3cRuPBs
Son qeydiyyat tarixi: 25 Mart 18:00

Ünvan: Sumqayıt. Sülh Plaza 5/506
+994 55 880 16 46